Rusiyanın Su-57-ləri Avropanı qorxuya saldı

643 10-02-2018, 22:37 dunya / gundem

Rusiyanın Su-57-ləri Avropanı qorxuya saldıRusiyanın beşinci nəsil Su-57 qırıcısı Avropa ilə Rusiya arasında qarşıdurma riskini artırır.

Bu iddia ilə “Deyli Ekspress” qəzeti çıxış edib.

“Yeni təyyarənin buraxılması Rusiya ilə müharibə imkanları barədə narahatlığı artırır. Maraqlı məqam odur ki, Su-57 ilə bağlı informasiya Münhen Təhlükəsizlik Konfransının Avropa ilə Rusiya arasında müharibə təhdidinin yaranması ilə bağlı illik hesabatının dərcindən az sonra ictimaiyyətə təqdim edilib”, – məqalədə qeyd edilib.

Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil qırıcısıdır. Moskva 2020-ci ilə qədər bu təyyarələri öz silahlanmasına qəbul etməyə hazırlaşır.(Axar.az)

XƏBƏR LENTİ