ABŞ-da kişi dörd nəfəri güllələdi və intihar etdi

601 11-02-2018, 10:39 dunya / gundem

ABŞ-da kişi dörd nəfəri güllələdi və intihar etdiABŞ-ın Kentukki ştatında dörd nəfəri güllələyən şəxs intihar edib.

Bu barədə Conson dairəsinin şerifinin Facebook səhifəsində məlumat verilir.

Polisə dairənin şimalında atışma barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iki meyit aşkarlayıblar. Şübhəli şəxs avtomobildə hadisə yerindən qaçıb.

Polis cinayətkarın avtomobili tapanda, orada daha iki cəsədin olduğu məlum olub. Şübhəli şəxs isə intihar edib.(Oxu.Az)

XƏBƏR LENTİ