PKK-dan xain plan - Şərəfsizlər 9 türk əsgərini necə şəhid etdi?

609 11-02-2018, 22:44 dunya / gundem

PKK-dan xain plan - Şərəfsizlər 9 türk əsgərini necə şəhid etdi?
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 11 şəhid verməsinin detalları məlum olub.

“Anadolu” agentliyinin məlumatına görə, PYD-PKK terrorçuları mülki vətəndaşları qalxan edərək, türk əsgərlərinə pusqu qurub.

Hadisə baş verən gün terrorçulardan təmizlənən bir kəndin yaxınlığındakı 1027 nömrəli təpədə qərar tutan türk əsgərlərinə tərəf 70-80 nəfərlik bir mülki qrup yaxınlaşıb. Əsgərlər havaya xəbərdarlıq atəşi açsalar da, qrup geri qayıtmayıb.
Bundan sonra 16 əsgər sözügedən qrupun qarşısını almaq üçün onlara tərəf gedib. Bu an şərəfsiz mülki geyimli şəxslər əsgərlərə tərəf əl bombaları atıblar, kənarda gizlənən PKK-çılar isə raketlə hücuma keçərək, 9 əsgəri şəhid ediblər. Köməyə gələn helikopterin qəzaya uğraması nəticəsində isə daha 2 türk əsgəri həlak olub.
Qeyd edək ki, türk ordusu ötən gün 11 şəhid verib.

Xeberdar.net

XƏBƏR LENTİ