Əli Əliyev İran səfərinə tək getməyib, Sərdar Cəlaloğlu da onunla birlikdədir

1 076 12-02-2018, 10:19 dunya / gundem

Əli Əliyev İran səfərinə tək getməyib, Sərdar Cəlaloğlu da onunla birlikdədirXəbər verildiyi kimi, mediada Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi bu partiya tərəfindən irəli sürülən Əli Əliyev fevralın 10-da İrana səfərə getdiyi barədə məlumat yayılıb. Bu barədə informasiya qəzetimizə, eləcə də digər mətbuat qurumlarına partiyanın mətbuat xidmətindən daxil olub.

Bildirilir ki, Əli Əliyev İran hökuməti tərəfindən islam inqilabının 39-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün dəvət olunub.

Bu xəbərə əlavə olaraq bildirək ki, Ə.Əliyev sözü gedən bayram tədbiri ilə bağlı İrana dəvət olunan yeganə partiya sədri deyil. Belə ki, ADP sədri Sərdar Cəlaloğlu da İrana dəvət olunanlar arasındadır.

Bundan başqa, "Yeni Müsavat"ın əməkdaşı Kənan Rövşənoğlu da İran islam inqilabının 39-cu ildönümü münasibətilə İrana dəvət olunub.

Adı çəkilənlərdən başqa da İrana dəvət olunan şəxslər var.

Xeberdar.net

XƏBƏR LENTİ