Polislər intihar etmək istəyən gənc qadını xilas ediblər

910 12-02-2018, 19:01 cemiyyet / gundem

Polislər intihar etmək istəyən gənc qadını xilas ediblərBu günlərdə Xəzər Rayon Polis İdarəsinə «Mərdəkan körpüsü» deyilən yerdə bir nəfərin intihara cəhd göstərməsi barədə məlumat daxil olub.

DİN mətbuat xidmətindən musavat.com-a bildirilib ki, idarədən yaxınlıqda xidmət aparan polis əməkdaşlarına məlumat ötürülüb. Post-Patrul Xidməti bölüyünün əməkdaşları-polis serjantları Elvin Ramazanov və Məhəbbət Gözəlov hadisə yerinə gedib.

Təxminən 20-21 yaşlı qadın körpünün dəmir barmaqlıqlarını keçərək özünü aşağı atacağını deyirmiş. M. Gözəlov yaxınlaşaraq, onunla söhbət edib, fikrindən yayındırmağa çalışıb. E. Ramazanov isə arxadan qadını tutaraq, ölümdən xilas edib.

Xeberdar.net

XƏBƏR LENTİ