Dünya birjalarında neft bahalaşıb.
Moderator.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar və ya 0,60% artaraq 51,71 dollar təşkil olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar və ya 0,58% bahalaşaraq 64,70 dollar təşkil edib.
Xeberdar.net