Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

977 17-02-2018, 16:47 cemiyyet / gundem

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTOBakıda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin paytaxt rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan şəxs tutulub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı – FOTO

Xeberdar.net

XƏBƏR LENTİ