Qadını zorlayıb öldürənə 20 il həbs tələbi

671 20-02-2018, 12:17 cemiyyet / gundem

Qadını zorlayıb öldürənə 20 il həbs tələbiBakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevə cəza istənilib.

Hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərindı baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.

F.Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər edirmiş.(Qafqazinfo)

XƏBƏR LENTİ