Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıb

600 21-02-2018, 17:06 cemiyyet / gundem

Sumqayıtda oğlu ilə mübahisə edən ana özünü bıçaqlayıbSumqayıt şəhərində oğlu ilə mübahisə edən 46 yaşlı qadın özünü bıçaqlayaraq intihara cəhd edib.
Hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Rəhilə Qurbanova ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.Faktla bağlı araşdırma aparılır.(Report)

XƏBƏR LENTİ