Saakaşviliyə 3 illik qadağa qoyuldu –Ukraynaya girə bilməyəcək

761 22-02-2018, 09:46 dunya / gundem

Saakaşviliyə 3 illik qadağa qoyuldu –Ukraynaya girə bilməyəcək
Ukraynanın Sərhəd Xidməti 2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib/APA.

XƏBƏR LENTİ