Günəş Cəfərova – andına sadiq təbib

1 060 22-02-2018, 08:52 cemiyyet / gundem

Günəş Cəfərova – andına sadiq təbib
“...And içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm və dərrakəm çatdığı qədər əməl edəcəyəm.” Bu fikirlər Hippokrat andındakı ilk cümlədir. Çağdaş dünyamızda anda sadiqlik nümunəsi olanların antik dövr filosofu Diogen sayağı gündüz çıraqla axtarıldığı bir zamanda, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin ambulator yardım və dispanser müşahidəsi şöbəsinin həkimi Günəş İbrahim qızı Cəfərovanı tanıdıq. Əslində bu xanım haqqında redaksiyamıza bir neçə dəfə xoş sözlərlə müşahidə edilən informasiyalar daxil olmuşdu. Qalırdı həkimi iş yerində ziyarət etmək. Belə də etdik. Doktor Cəfərova öz səmimiliyi, qayğıkeşliyi, biliyi, ən başlıcası isə mükəmməl insanlığı ilə nümunə ola biləcək həkimlərdəndir. Tibb universitetini bitirdikdən sonra həkimlik fəaliyyətinə 5 il öncə başlayan Günəş xanım artıq iki ildir ki, - 2016-cı ildən QİÇS-lə Mübarizə Mərkəzində həkim kimi fəaliyyətə başlayıb.
Günəş Cəfərova – andına sadiq təbib
Əslində çalışdığı Mərkəz digər tibb müəssisələrindən kəskin şəkildə fərqlənən Günəş həkimin uğuru xəstələrinin kimlər olduğunu əsl psixoloq sayağı tanımağıdır. Hələ ki, dünya təbabəti artıq əsrin bəlalarından birinə çevrilmiş QİÇS-in müalicəsini tam şəkildə tapa bilməyib. Yəni bu xəstəlyin daşıyıcıları bir ömür nəyə düçar olduqlarının fərqindədirlər. Bu isə dünydan küsmək və depresiya deməkdir. Lakin qısa zaman kəsimində Mərkəzdə olduğumuz vaxt Günəş həkimin xəstələrlə münasibətini, onlarda həyat, yaşamaq eşqini peşəkarlıqla yaratdığını müşahidə etdikcə, ilk olaraq Əbu Turxanın bu fikirləri düşdü yadımıza: “Əqlə yiyələnmək yox, əql vasitəsilə biliklərə yiyələnmək lazımdır.” Respublika QİÇS-lə Mübarizə Mərkəzinin ambulator yardım və dispanser müşahidəsi şöbəsinin həkimi Günəş İbrahim qızı Cəfərovanın iş prosesini müşahidə etdikcə gənc bir həkimin tibbi biliklərə əqillə mükəmməl yiyələndiyinin şahidi olursan. Belə peşəkarları olan Azərbaycan təbabətini daim uğurların müşahidə etməsi qaçılmazdır. Biz media olaraq məhz Günəş həkim kimi mütəxəssislərin yetişməsində rolu olan Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyevə və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin baş həkimi Esmira xanım Alməmmədovaya xüsusi təşəkkür edirk.
“Andıma sadiq olaramsa qoy həyatımda və sənətimdə nəsibim xoşbəxtlik və insanların rəğbəti, olmaramsa...” Bu Hippokrat andının son cümləsidir. Günəş xanımla bağlı qələmə aldığımız bu yazıda “olmaramsa” ifadəsindən sonrakı üç sözü əlavə etməyə lüzum görmədik. Çünki adını əməlində ehtiva edən bir təbibin andının əksini etməsi mümkün olmadığı kimi, nəsibi də daim xoşbəxtlik olmalıdır. Onsuzda bu gənc yaşında insanların rəğbətini qazanıb.

Xeberdar.net

XƏBƏR LENTİ