Ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb

663 24-02-2018, 11:21 cemiyyet / gundem

Ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanılıb, bir nəfər saxlanılıbBakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ