USAİD Azərbaycana maliyyə yardımını azaldır? - Açıqlama

692 28-02-2018, 16:16 gundem

USAİD Azərbaycana maliyyə yardımını azaldır? - Açıqlama
“ABŞ-ın növbəti maliyyə ili üçün büdcəsi ilə bağlı hələlik qərar verilməyib. Ona görə də Azərbaycana ediləcək yardımın azaldılacağı ilə bağlı konkret şərh verə bilmərəm”.

APA-nın şimal bürosunun məlumatına görə, bunu Xaçmazda səfərdə olan USAİD-in rəhbərinin Avropa və Asiya üzrə müavini Brok Bierman növbəti ilin büdcəsində USAİD-in Azərbaycana maliyyə dəstəyinin azaldılacağı ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

“Lakin ümid edirik ki, proqramları və Azərbaycanla əməkdaşlığımızı davam etdirəcək, bu gün gördüyümüz nəticələri gələcəkdə də görə biləcəyik. Bugünkü nəticələr iki ölkə arasında əməkdaşlığın gücünü göstərir”, – deyə o bildirib.

USAİD rəsmisinin sözlərinə görə, Azərbaycanda dövlət qurumları ilə faydalı müzakirələr aparıb, müxtəlif proqramlar müzakirə edilib: “İnanırıq ki, yaxşı nəticələr olacaq. Münasibətlərin qurulması vacibdir. Ümid edirəm ki, Azərbaycanda bir sıra nazirliklərlə münasibətlər quracağıq”.

xeberdar.net

XƏBƏR LENTİ