PKK-çı sərhədi keçdi, əhali oraya axın etdi - Foto

609 28-02-2018, 16:40 dunya / gundem

PKK-çı sərhədi keçdi, əhali oraya axın etdi - FotoTürkiyənin Hatay vilayətinin Suriya ilə sərhəddə yerləşən Qırıqxan (Kırıkhan) rayonuna Suriya ərazisindən PKK terrorçusunun daxil olması barədə hərbçilərə məlumat ötürülüb.

Axar.az xəbər verir ki, Amanoslar deyilən ərazidə terrorçu müəyyən edilib və açılan atəşlə yerindəcə məhv edilib.

Öldürülən terrorçunun üzərində "Kalaşnikov" avtomatı və müxtəlif hərbi ləvazimatlar aşkarlanıb.

Qeyd edək ki, terrorçunun rayona daxil olduğunu öyrənən vətəndaşlar əraziyə axın edib. Dinc sakinlər terrorçunun məhv edilməsini öyrəndikdən sonra evlərinə qayıdıb.


PKK-çı sərhədi keçdi, əhali oraya axın etdi - Foto

Xeberdar.net

XƏBƏR LENTİ