Türkiyə ordusundan böyük şücaət - Onlarla terrorçu məhv edildi

752 2-03-2018, 00:50 dunya / gundem

Türkiyə ordusundan böyük şücaət - Onlarla terrorçu məhv edildi
Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda 3 türk əsgəri şəhid olub, 7-si isə yaralanıb. Hac Bilal kəndi ilə Kəl Təpə istiqamətində gedən döyüşlərdə ən azı 30 YPG-çinin də məhv edildiyi bildirilib.

Artlıq öldürülən terrorçu 2300-ə yaxınlaşıb. Sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib. Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb.
YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizləndiyi ərazilərə aviazərbələr endirib.
Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.
Ordu qrupları irəliləyən zaman anidən tunellərdə 80-100-ə yaxın terrorçu hücuma keçib. Şiddətli atışmalar zamanı yaralıları ərazidən çıxarmaq istəyən bir helikopter də zədə alıb.

XƏBƏR LENTİ