Moskvadan Bakıya gələn şəxsdən 5 ov bıçağı götürüldü

771 2-03-2018, 14:10 dunya / gundem

Moskvadan Bakıya gələn şəxsdən 5 ov bıçağı götürüldüMoskva-Bakı aviareysi ilə gələn Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaj təkrar yoxlanılıb.

Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Xeberdar.net

XƏBƏR LENTİ