“Faytonçu Nazim” onu əməliyyat edən həkimə uduzdu - məhkəmə qərarı

2 510 19-04-2018, 14:49 sou

“Faytonçu Nazim” onu əməliyyat edən həkimə uduzdu - məhkəmə qərarı
Həkimindən şikayətçi olan müğənni məhkəmədə uduzub.

Musavat.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

Hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə “Faytonçu Nazim”in iddiasını təmin etməyib.

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını tələb istəyib.

"Faytonçu Nazim" bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

XƏBƏR LENTİ