HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! – Rəsmən təsdiqləndi! (+FOTO)

827 23-04-2018, 10:42 gundem

HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! – Rəsmən təsdiqləndi! (+FOTO)
Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.
APA-nın məlumatına görə, H. Abdullayev “İnterpol” tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.
Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.
Qeyd edək ki, 2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat, biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib. Bu barədə “Qafqazinfo” xəbər verib.

Məlumata görə, Azərbaycan tərəfindən vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaq təhvil verilib.

Maraqlıdır ki, H.Abdullayevin “Facebook” profili hazırda bağlıdır. Bu, H.Abdullayevin həbs olunduğu ehtimalını artırır.

“AzPolitika” xatırladır ki, Azərbaycan hakimiyyəti son vaxtlar Avropadakı bəzi mühacirlərin Prezident İlham Əliyev və ətrafına qarşı apardıqları təhqir kampaniyasının H.Abdullayevlə bağlılığı olduğundan şübhələnirdi. Ara-sıra hökumətyönlü KİV-lər belə iddialar irəli sürürdülər. Bu baxımdan Azərbaycanın hüquq-mühafizə orqanlarının H.Abdullayevin Azərbaycana gətirilməsi istiqamətində səylərini daha da artırdıqları istisna olunmurdu. Belə görünür ki, bu cəhdlər nəticə verib.

Onu da qeyd edək ki, H.Abdullayev payıza planlaşdırılan prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlamışdı. Seçkilər 6 ay əvvələ çəkildikdən sonra o, boykot qərarını açıqladı.

Xatırladaq ki, H.Abdullayev bir neçə ildirki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

V.Nəsibov

H. Abdullayevin Bakı hava limanında qollu qandallı fotoları yayılıb.
HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! – Rəsmən təsdiqləndi! (+FOTO)
HÜSEYN ABDULLAYEV AZƏRBAYCANA GƏTİRİLİB! – Rəsmən təsdiqləndi! (+FOTO)

XƏBƏR LENTİ