Azərbaycan Texniki Universitetində “Yol Hərəkətinin Təhlükəsizliyi - 2” layihəsi keçirilib - FOTOLAR

97 14-10-2024, 12:17 sosial

Azərbaycan Texniki Universitetində “Yol Hərəkətinin Təhlükəsizliyi - 2” layihəsi keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı(ATGTİ), AzTU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsi çərçivəsində “Yol hərəkətinin təhlükəsizliyi - 2” layihəsi həyata keçirilib. 2 gün davam edən layihə çərçivəsində 200+dən çox gənc iştirak edib. Layihə çərçivəsində tələbələrə yol hərəkəti qaydaları, son illərdə baş verən yol-nəqliyyat hadisələri və onların əsas səbəbləri barədə geniş məlumat verilib. İştirakçılara AzTU-nun Nəqliyyat və logistika fakültəsinin dekanı Allahverdi Şərifov tərəfindən mövzu ilə əlaqədar təlimlər keçirilib, daha sonra tələbə gənclərə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.

Layihəni uğurla başa vuran iştirakçılara sonda sertifikatlar təqdim edilib.

“Yol hərəkəti qaydalarına riayət edərək hər an təhlükəsizliyimizi təmin edək!"

XƏBƏR LENTİ