Fransanın müdafiə xərcləri 2025-ci ildə 50,5 milyard avroya yüksələcək

119 11-10-2024, 09:36 dunya

Fransanın müdafiə xərcləri 2025-ci ildə 50,5 milyard avroya yüksələcəkransa Silahlı Qüvvələrinin xərclərinin gələn il 50,5 milyard avroya qədər artacağı gözlənilir.

APA xəbər verir ki, bu barədə AFP respublikanın büdcə layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa hökumətinin 2025-ci il üçün hazırladığı büdcə layihəsində müdafiə xərclərinin 3,3 milyard avro artırılması nəzərdə tutulur.

Fransa 2017-ci ildən bəri bu sahəyə ayırdığı pulu dayanmadan artırır və bu məblığ 2030-cu ilə qədər 67,4 milyard avroya çata bilər.

AFP-nin qeyd etdiyi kimi, silah proqramına xərclənən pulun 16% artaraq 10,6 milyard avroya çatdırılması planlaşdırılır.

XƏBƏR LENTİ