İsrail İranın zavoduna zərbə endirib

125 10-10-2024, 08:10 dunya

İsrail İranın zavoduna zərbə endiribİsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətinin Hesya sənaye şəhərciyindəki İranın Saba maşınqayırma zavoduna zərbə endirib.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib.

"İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan hücum etdi", - Xəlil deyib.

Onun sözlərinə görə, hücumlar davam edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

XƏBƏR LENTİ