Şeyxə və onun işçisinə qarşı nahaq ittihamları köhnə "axundmu" yazdırır? ARAŞDIRMA

906 27-04-2018, 11:45 siyaset / gundem

Şeyxə və onun işçisinə qarşı nahaq ittihamları köhnə "axundmu" yazdırır? ARAŞDIRMA
Son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin və bu idarənin təyin etdiyi bəzi ziyalı, savadlı imamlar (axundlar) barədə bəzi saytlarda şər-böhtan xarakterli yalan məlumatlar istinadı olmadan dərc olunur. Bu "yazılardan" daha doğrusu cızma-qaralardan biri də Qafqaz Müsəlmanları İdarəsinin Qaraçuxur məscidinə təyin etdiyi rəsmi axundu, savadlı ruhani, seyid nəslinin nümayəndəsi, öz əxlaqı və elmi ilə sayılıb-seçilən Hacı İlyas Nəzərov haqqında "Sonolay.info" saytında sifarişlə icra olunan qaralamadır.
Araşdırmalarımız və məscidin axundu ilə yaxın olan şəxslərin verdiyi məlumata görə bu qarayaxmalar məscidin əvvəlki axundu tərəfindən aparılır. Bunun nə dərəcədə doğru olub-olmadığını tam müəyyən etmək mümkün olmasa da reallıq ondan abarətdir ki, bu qarayaxmalar kiminsə tərəfindən qərəzli şəkildə aparılır. Yazının müəllifinin göstərilməməsi, (guya məlumat verən) mənbənin gizli saxlanması, qarşı tərəfin mövqeynin öyrənilməməsi kimi nüanslar yazını yazdıranın da, yazanın da nə dərəcədə "peşəkar" olmasını ortaya qoyur. Saytın yazdığına görə guya axundun ruhu xəstə olması, Maştağadan kağızının olması, əsgərlikdən bu yolla yayınması, İranla əlaqəsinin olduğu, radikal dindarları-Hacı Talehi vaxtilə müdafiə etməsi, məscidin icması yarananda saxtakarlıq edilməsi, hörmətli Şeyxulislamın da bu "saxta" sənədlərə imza çəkdirilməsi, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Əlirza Qafarlının və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə kuratoru Anar müəllim adlı şəxsin də axundun bu əməllərinə göz yumması və onu müdafiə etməsi haqda növbəti yazılar dərc edəcəklər. Bu yolla axundu və Qafqaz Müsəlmanaları İdarəsini, DQİDK - ni bir növü şantaş və böhtanlamaqla qanunsuzluğa yol vermişlər. Axundun və məscid əhlinin məlumatına və araşdırmalarımıza görə Seyid İlyas Nəzərov öz işində peşəkar, savadlı və Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin və icma üzvlərinin hörmətini qazanmış gözəl xasiyyətə malik nurani bir ruhanidir. Sadəcə əvvəlki axundun müəyyən səbəblərdən vaxtilə İslam Universitetində işlədiyi müəllimlikdən, Həcc ziyarətinə dəstə rəhbərliyindən və nəhayət də Qaraçuxur məscidinin axundluğundan (Qafqaz Müsəlmanları İdarəsinin qanun qaydalarını, Nizamnaməsini pozduğuna və digər xoşagəlməz hərəkətlərə yol verdiyindən) uzaqlaşdırılması onda qıcıq yaradıb və təyin olunan axundla barışmayaraq onun İdarədən "heyfini" çıxmaq amacı bu "yazıların" yazdırılmasına səbəb olmuşdur.
Araşdırmalarımızın nəticəsinə görə axund Hacı İlyasın nüfuzu və hörməti sabiq axunddan daha çoxdur. Onunla əlaqə saxladıq. Bildirdi ki, "Sabiq axundun zamanında bir neçə il onunla çiyin-çiyinə eyni məsciddə normal şəraitdə fəaliyyət göstəriblər. İndi də yenə onun hörmətini saxlayır və ona qarşı heç bir qərəzi yoxdur. Sadəcə, belə şailərin və xoşagəlməz söhbətlərin yaranması onda təəssüf hissi yaradır. Həmçinin axund qeyd edib ki, əgər özünün nəsə bir problemi olsa idi əvvəlki axundun dövründəki fəaliyyyətinə izn verilməzdi. Necə olur ki, mən qabaq işləyəndə normal insan idim, indi axund oldum "dəli" oldum? Bu gülməli və absurddur. "

Bəzi əlaltıları vasitəsi ilə sabiq axund təəssüf ki, hətta əvvəlki kollektivdən bəzilərini də köhnə axund Hacı İlyasın əleyhinə qaldırmağa təşviq edir. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi məscidə ( xüsusən də Bakı şəhərində məşhur məscidlərə ) rəhbər-imam təyin edəndə onun bütün keyfiyyətlərinə, savadına, təcrübəsinə, vətənpərvərliyinə, idarəçiliyinə ciddi şəkildə nəzər-diqqət göstərir və istər sağlamlıq, istər də digər mühüm məsələlərə diqqət olunur. Ali dini təhsil almış, axundluqdan əvvəl də uzun müddət ictimaiyyət arasında ruhani kimi nüfuz qazanmış bir seyid, Həcc Ziyarətində olmuş bir mömin necə "dəli" deyə şərlənə bilər? Bu boyda da şər olarmı? Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitəni nahaqdan ittiham edən (etdirənlər) hansı dinə etiqad edərək əllərində heç bir fakt-əsas olmadan, böhtanla belə bir hörmətli icma sədrinə qarşı ittihamlar irəli sürürlər. Qeyd edək ki, dini icma formalaşanda müvafiq qanunlara və qanunvericiliyə görə həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən lazımi qaydada bütün nüanslar yoxlanılır və təhqiq-tədqiq olunur. Yazı müəllifi necə ittiham irəli sürür ki, guya icmanın sənədləri saxtalaşdırlıb, hətta rəhbərlik də "aldadılıb" ? Göründüyü kimi, bu qara kompaniya nüfuzlu bir din xadiminə qarşı şəxsi qərəzliyin bariz nümunəsidir. Guya kəfən pulunun, yığılan nəzirlərin, kəbin pulunun mənimsənilməsi kimi cılız və dezinformasiya xarakterli uydurmalarla əslində özlərini biabır edən şəxslər hüquqi baxımdan məsuliyyət daşıdıqlarının da fərqində deyillər. İctimai rəyi çaşdırmaq, böhtan atmaq, yalan məlumat yaymağa görə müvafiq qanunvericilikdə məsuliyyət nəzərdə tutulduğunu bilməyəcək qədər savadsızlıq əslində faciədir. Qeyd edək ki, Qaraçuxur məscidinin hazırki imamı Hacı Seyyid İlyas Nəzərov nəinki Qaraçuxurda və rəhbərlik etdiyi məsciddə, hətta digər bölgələrdə də geniş hörmət-izzət qazanmış bir insandır.
Əksinə bəzi adının çəkilməsini istəməyən şəxslər bildirdilər ki, sözü gedən məsciddə qabaqlar özbaşınalıq, qanunsuzluq, nizam-intizamsızlıq, kəfən-dəfn, kəbin kəsmə kimi məsələlərdə haqsızlıqlar Hacı İlyasdan qabaqkı axundun dövründə mövcud olub və bəzi onun tərəfdarları da bu əməllərə o qədər öyrəşiblər ki, indi yeni axundun yaratdığı nizam-intizama uyğunlaşa bilmirlər. Hətta köhnə axund həmin şəxslərə pul verərək Hacı İlyasa qarşı onları təşviq edir.
Qeyd edək ki, araşdırmalar nəticəsində məlum oldu ki, qeyd olunan saytda yazılanlar qarayaxma və böhtan xarakterlidir. Heç bir əsası olmayan dezinformasiyadır.
Yazılan məlumatların böhtan xarakterli və əsassız olduğu üçün zərərçəkmişin məhkəmə qaydasında öz hüquqlarını bərpa etmək hüququnu nəzərə alaraq belə "yazılar" yazanlara sadəcə, vicdanınız olsun, demək olar./Mediaxeberleri.az /
(davamı olacaq)

XƏBƏR LENTİ