BAYTARLIQ XİDMƏTİNİN RƏİSİNİN MAXİNASİYALARI AŞKARLANIB - Yoxlama (Yenilənib)

BAYTARLIQ XİDMƏTİNİN RƏİSİNİN MAXİNASİYALARI AŞKARLANIB - Yoxlama (Yenilənib)
Yeni Kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycanın ən dərin korrupsiya bataqlıqlarından birini – kənd təsərrüfatı sektorunu dirçəldəcəyinə cəmiyyətdə inam böyükdür. Bu inam, heç şübhəsiz ki, nazirin ASAN Xidmətdəki fəaliyyətinə və uğurlarına əsaslanır.

Yeni nazir cəmiyyətin bu gözləntisini qarşılamaq əzmində olduğunu artıq nümayiş etdirməyə başlayıb. Belə ki, İ.Kərimov işə başlar-başlamaz Kənd Təsərrüfatı Nazirliyinin ən çox korrupsiyalaşmış strukturunun – “Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırdı, digər strukturlarda isə ciddi yoxlamalar aparır. Bu gün bu barədə nazir müavini İlham Quliyev də açıqlama verib.
“Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur. Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. “Aqrolizinq” hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etibamı doğruldacaq” – o, Report-a açıqlamasında bildirib.

Nazirlikdəki mənbənin “AzPolitika.info”ya verdiyi məlumata görə, nazir İnam Kərimovun “Aqrolizinq”dən sonra əsas diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəlib. Hazırda nazir bu Xidmətin rəhbərliyinin fəaliyyətini qiymətləndirir. “Elə ilk araşdırmalar nəticəsində bu Xidmətin də çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb. Məsələn, məlum olub ki, Xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib. Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb” – mənbə bildirir.
BAYTARLIQ XİDMƏTİNİN RƏİSİNİN MAXİNASİYALARI AŞKARLANIB - Yoxlama (Yenilənib)
Mənbə əlavə edib ki, belə faktlar yüzlərlədir və yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir.

Bu arada musavat com-a danışan mənbə deyib ki, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: “Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”.
Həmin mənbənin bildirdiyinə görə, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur.
Onu da qeyd edək ki, ötən il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən A.Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib, bu binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Bundan başqa, respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib./AzPolitika.info/

BAYTARLIQ XİDMƏTİNİN RƏİSİNİN MAXİNASİYALARI AŞKARLANIB - Yoxlama (Yenilənib)

  • 8-05-2018, 10:26
  • 305


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI