Şirvan doğum evində ana ölümü qeydə alınıb

16 Bu gün, 10:02 cemiyyet / bolge

Şirvan doğum evində ana ölümü qeydə alınıb
Şirvan sakini, 1998-ci il təvəllüdlü Yusubova Səma Əlişükür qızı 13 gün əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.
Evə buraxılan ananın sonradan vəziyyəti pisləşib. Doğum evinə yerləşdirilən qadının həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qadının meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA

XƏBƏR LENTİ