Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxan Vidadi İsayev “iki od arasında”

632 8-06-2018, 13:16 gundem

Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxan Vidadi İsayev “iki od arasında”
Bərdənin icra başçısı qəzəbə tuş gəlib və cəzalandırılacaq…

Azərbaycan hakimiyyətində regional qrupların üz-üzə gəldiyi artıq sirr deyil. Dəfələrlə hakimiyyəti təşkil edən xüsusilə iki regional qrupun – “Qərbi Azərbaycan” və “Naxçıvan” klanları arasındakı ziddiyyətlərdən yazılıb. İlham Əliyevin hakimiyyət illərində bu sıraya yeni bir regional qrup da qoşulub – “Bakı” klanı. Əvvəllər, yarımgizli bəyanatlar, üstüörtülü mesajlar halında özünü büruzə verən qarşıdurma artıq kifayət qədər açıq müstəviyə keçib.

Savash.org olaraq bu günlərdə rəsmi dövlət mətbuatında yer alan bir yazı xüsusi olaraq diqqətimizi çəkdi və həmin yazıdan vacib məqamlara nəzər salaq.

Belə ki, “Azərbaycan” qəzetinin 17 may tarixli sayında dərc olunan “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” başlıqlı yazıya (bur linkdən bax: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=147140 ) diqqət çəkək. Yazıda Bərdə rayonunda son vaxtlar kütləvi hal alan “yaşıl soyqırım”a diqqət yetirilir və Heydər Əliyevin “kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir… Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir” fikirləri xatırladılaraq deyilir: “Ulu öndərin tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Bakı ətrafında, bölgələrdə ağacəkmə kampaniyaları keçirilir. Paradoksal mənzərədir, bir tərəfdə el-oba min bir həvəslə ağac əkib, bağ salır. Digər tərəfdə isə böyük vəsait və zəhmət hesabına salınmış yaşıllıqlar məhv edilir. Bu gün Bərdədəki real mənzərə hər kəsi narahat edir. Rayon ictimaiyyəti baş verənlərdən ciddi şəkildə narahatdır. Axı, əkilib-becərilən, göz oxşayan ağaclar hansı zərurətdən kəsilir? Qoy bu suallarla əlaqədar qurumlar cavab versinlər.Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxan Vidadi İsayev “iki od arasında”Yazıya xalqımızın ümummilli lideri Heydər Əliyevdən gətirdiyimiz sitatla başladıq. Sonda isə Heydər Əliyev siyasi kursuna hər zaman sədaqətli olan və onu müvəffəqiyyətlə davam etdirən respublika Prezidenti İlham Əliyevin yaşıllıqların qorunması ilə bağlı mövqeyini xatırlatmağı məqsədəuyğun hesab edirik: “Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Neçə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir.”Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxan Vidadi İsayev “iki od arasında”
Bir sözlə, Bərdə rayon rəhbərliyi açıqdan açığa Heydər Əliyev Siyasi kursuna xəyanətdə, Heydər Əliyev Fondunun fəaliyyətinə qarşı çıxmaqda, İlham Əliyevin tapşırıqlarını qulaqardına vurmaqda ittiham edilir. Özü də ölkənin ən nüfuzlu dövlət qəzetində. Bunlar aysberqin görünən tərəfləridir.

İndi isə Azadlıq.info azavropa.com informasiya portalının baş verənlər üzərində real təhlilini diqqətə çatdıraq: Beləliklə, ilk sual: “Azərbaycan” qəzeti hansı siyasi kurasiya altındadır? Heç şübhəsiz bu sualın bir cavabı var: Bu media orqanı rəsmi qəzet olaraq PA rəhbəri Ramiz Mehdiyevin nəzarəti altındadır. O da bəllidir ki, R.Mehdiyevin xeyir duası olmadan qəzetdə belə bir tənqidi məqalə dərc oluna bilməz. İndi isə məsələnin digər tərəfinə diqqət edək. Tənqid olunan kimdir? Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev. Bəs Vidadi İsayev hansı komandaya aiddir? Onun Gəncə şəhər icra başçısı Elmar Vəliyevin patronajlığı altında general Bəylər Əyyubovun komandasında olması sirr deyil. Belə ki, V.İsayev Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin həyat yoldaşının əmisi oğludur. E.Vəliyev və onun hərbi prokuror olan general qardaşı Xanlar Vəliyev isə Bəylər Əyyubovun komandasının üzvləridir. Vidadi İsayev də bu günə qədər E.Vəliyevin himayədarlığı altında B.Əyyubovun komanda üzvü sayılır.

Qısası bu adi bir məqalə R.Mehdiyev cəbhəsindən generalın komandasına açılan atəş kimi qəbul etmək olar. Atəşin hədəfində isə Vidadi İsayevdir. Rəqib cəbhəyə belə bir şans verdiyinə görə heç şübhəsiz cənab İsayev Gəncə meri və General tərəfindən də cəzalanacaq.

XƏBƏR LENTİ