Rusiya Ukraynaya gedənlərə xəbərdarlıq edib

676 8-06-2018, 17:10 dunya

Rusiya Ukraynaya gedənlərə xəbərdarlıq edib
“2018-ci ilin əvvəlindən bugünə qədər Ukraynada 18.1 min adam qızılca xəstəliyinə tutulub ki, bunların da 11.8 mini uşaqlardır. Xəstəlik nəticəsində 9 nəfər həyatını itirib.” Bu məlumatla Rusiyanın Səhiyyə Nazirliyi çıxış edib.

Xeberdar.net Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Nazirlik xəstəliyin daha çox Lvov, İvano-Frankovsk, Zakarpatye və Odessa vilayətlərində yayıldığını bildirib. Xəstəliyin epidemiya şəkli almasına səbəb kimi isə ölkədə peyvəndlərin və digər profilaktik tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməməsi göstərilir. Rusiya Səhiyyə Nazirliyi iddia edir ki, peyvəndlərin vaxtında edilməməsinə səbəb bu ilin fevralında Rusiyada istehsal olunan vaksinlərə Ukrayna hökuməti tərəfindən qadağa qoyulmasıdır. Belə ki, həmin qadağadan sonra bir çox yoluxucu xəstəliklərin peyvəndilə bağlı vaksin qıtlığı yaranıb. Nazirlik xəbərdarlığında Rusiya vətəndaşlarına qonşu ölkəyə getməzdən əvvəl peyvənd olunmağı məsləhət görüb.
Xatırladaq ki, yay mövsümündə Azərbaycandan da Ukraynaya gedənlərin sayı xeyli çoxalır.

XƏBƏR LENTİ