Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur müəyyənləşib

655 27-06-2018, 16:39 cemiyyet

Azərbaycanda məhkəmə hakimləri ilə bağlı yeni prosedur müəyyənləşib
Azərbaycanda ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.
xeberdar.net-in xəbərinə görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik təklif edilir.

Qanunun 13-cü (Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi) maddəsinə edilən dəyişikliyə əsasən, ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndiriləcək.

Digər hakimlərin fəaliyyəti isə 5 ildə bir dəfədən az olmayaraq qiymətləndirilir.

Dəyişiklik layihəsi Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasının sonuncu plenar iclasında müzakirəyə çıxarılacaq.

Xeberdar.net

XƏBƏR LENTİ