Bakıda çörək sexi və kafe yanıb

829 28-06-2018, 09:40 hadise

Bakıda çörək sexi və kafe yanıb
Bakıda çörək sexi və kafe yanıb.FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonu, Əli Vəliyev küçəsində ümumi sahəsi 585 m² olan (hazırda fəaliyyət göstərmir) çörək sexinin yanar konstruksiyaları 490 m² sahədə və ona bitişik, ümumi sahəsi 80 m² olan tikilinin (kafe kimi istifadə olunub) dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

XƏBƏR LENTİ