FHN Mingəçevir İES-də bu gün yenidən baş verən yanğınla bağlı məlumat yaydı

912 5-07-2018, 13:29 cemiyyet

FHN Mingəçevir İES-də bu gün yenidən baş verən yanğınla bağlı məlumat yaydıFövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi məlumata görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ