Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə

Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

“Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun”.

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Trend-in bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

“Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb”.

N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

“İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır”.

N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

“Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır”.

Xeberdar.net

Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə

  • 10-08-2018, 10:41
  • 188


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI