Azərbaycana 34 ton at əti gətirdilər - Qarşısı alındı

813 30-08-2018, 18:01 iqtisadiyyat

Azərbaycana 34 ton at əti gətirdilər - Qarşısı alındıQida Təhlükəsizliyi Agentliyi “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstanın “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısını alıb.

Agentlikdən daxil olan məlumata görə, təhlükəsizlik göstəricilərinin yoxlanılması və ətin mənşəyinin təyin edilməsi məqsədilə mal əti adı ilə ölkəyə idxal olunan məhsuldan əvvəlcə qanunvericiliyin tələblərinə uyğun olaraq nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Aparılan sınaq yoxlamanın nəticələrinə əsasən, təqdim edilmiş ət nümunələrinin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, Agentlik tərəfindən həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

Qida Təhlükəsizliy Agentliyi bildirir ki, bu istiqamətdə baytarlıq nəzarəti tədbirləri bundan sonra da ardıcıl surətdə davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi tədbirlər görüləcək.

XƏBƏR LENTİ