İran televiziyasının aparıcısından inanılmaz sözlər - Fəxr edirəm ki, azərbaycanlıyam - VİDEO

1 019 31-08-2018, 22:44 video

İran televiziyasının aparıcısından inanılmaz sözlər - Fəxr edirəm ki, azərbaycanlıyam - VİDEOMən fəxr edirəm ki, azərbaycanlıyam, türkəm.

Xeberdar.net məlumatına görə, bu sözləri İran televiziyasında yayımlanan "Milyonçu" verilişinin aparıcısı Məhəmmədrza Gülzar deyib. O, verilişdə iştirakçıya ünvanlanmış "Şirin Azərbaycan dilində "yaşasın" kəlməsi farsca nə məna verir" sualının ardından özünün azərbaycanlı olduğunu deyib və bununla fəxr etdiyini bildirib:

"Mən Məhəmmədrza Gülzar fəxr edirəm kİ, azərbaycanlıyam - türkəm. Yaşasın Azərbaycan!".

Xeberdar.net

XƏBƏR LENTİ