Ölkədə eşşək südü ilə bağlı müayinələr başa çatdı –Bakteriya aşkarlandı (RƏSMİ AÇIQLAMA)

Ölkədə eşşək südü ilə bağlı müayinələr başa çatdı –Bakteriya aşkarlandı (RƏSMİ AÇIQLAMA)Məlumat verildiyi kimi, bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatına baxış keçirilmiş və həmin təsərrüfata cəlb olunmuş heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuş pasterizə edilmiş ulaq südünün tədqiqat (sınaq) məqsədli müayinəsi nəticəsində, sözügedən məhsulda insan sağlamlığı üçün zərərli hesab olunan bakteriya (S.aureus) aşkar edilib. Bu isə həmin təsərrüfatın sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığının göstəricisidir.

Həmçinin ulaq südünün və həmin südün emalı nəticəsində əldə edilmiş məhsulların daxilə qəbulu və xaricə istifadəsi zamanı insan orqanizminə və onun fizioloji göstəricilərinə mümkün təsirləri barədə müvafiq elmi-tədqiqat institutlarının rəylərinin təqdim edilməsi, eləcə də həmin məhsulların texniki parametrlərini özündə əks etdirən texniki şərtlər və digər normativ texniki sənədlər, habelə istehsalın standartlarının hazırlanması və təsdiq olunması üçün təsərrüfat sahibinin Azərbaycanda fəaliyyət göstərən müvafiq təşkilatlara müraciət etməsi tövsiyə olunub.

Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri bildirilmişdi.

Xeberdar.net

Ölkədə eşşək südü ilə bağlı müayinələr başa çatdı –Bakteriya aşkarlandı (RƏSMİ AÇIQLAMA)

  • 5-11-2018, 13:00
  • 70


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  6. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  7. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  8. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  9. Süd vəzisi xərçənginə kişilər arasında da rast gəlinir
  10. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI