Fiziki şəxslər ölkəyə rüsum ödəmədən neçə litr spirtli içki və nə qədər siqaret keçirə bilər? –Gömrüklə bağlı daha bir dəyişiklik

701 27-11-2018, 10:47 cemiyyet

Fiziki şəxslər ölkəyə rüsum ödəmədən neçə litr spirtli içki və nə qədər siqaret keçirə bilər? –Gömrüklə bağlı daha bir dəyişiklikNazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nda dəyişikliklər edib.

Bu barədə qərar Azərbaycanın Baş naziri Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib/Report.

XƏBƏR LENTİ