Sabirabadda “Ford” traktorla toqquşdu –Ölən və Yaralanan var

716 27-11-2018, 12:12 hadise

Sabirabadda “Ford” traktorla toqquşdu –Ölən və Yaralanan varSabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1973-cü il təvəllüdlü Ramiz Abdullayevin idarə etdiyi traktor “Ford” markalı 30-AA -194 dövlət qeydiyyatlı avtomobillə toqquşub. Nəticədə traktor idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı traktorda olan sürcünün oğlu 2014-cü il təvəllüdlü Rasət Ramiz oğlu Abdullayev aldığı xəsarətlərdən yerindəcə ölüb. Traktorun sürücüsü isə ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.

XƏBƏR LENTİ