Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olundu

627 27-11-2018, 12:42 dunya

Türk Hava Qüvvələrində FETO əməliyyatı –Daha 82 hərbçi həbs olunduTürkiyə Cümhuriyyətinin Hava Qüvvələri Komandanlığında FETO işilə bağlı aparılan araşdırma çərçivəsində 82 həbçi nəzarətə götürülüb.

Ankara Respublika Prokurorluğunun yaydığı məlumatda Hava Qüvvələri Komandanlığında xidmət edən hərbi qulluqçuların FETO-çu imamlarla əlaqələri üzə çıxıb.

FETO ilə əlaqələri təsbit edilmiş 1 kapitan, 1 baş leytenant və müxtəlif vəzifələrdə xidmət edən 80 zabit daxil olmaqla, ümumilikdə 82 hərbi qulluqçu həbs edilib.

Ankara Təhlükəsizlik İdarəsi Mütəşəkkil Qurplaşmalarla Mübarizə Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir/Teleqraf.com.

XƏBƏR LENTİ