Kərəm Həsənovun adamlarının yaratdığı xaos və ya Qaradağ rayonunda qanunlar yoxdur? - İTTİHAM

597 30-11-2018, 17:10 cemiyyet

Kərəm Həsənovun adamlarının yaratdığı xaos və ya Qaradağ rayonunda qanunlar yoxdur? - İTTİHAMTeref.az yazır ki, bu gün Bakıda əmlak sahəsində böyük bir hərc mərclik baş alıb gedir. Bu günlərdə isə tanınmış yazar Sərdr Əlibəyli Qaradağ rayonunda baş vermiş biabırçılıqdan yazıb. Qaradağ rayonunda Süleyman Mikayılov icra başçısı olandan bəri belə şikayətlərin ardı arası kəsilmir. Lakin bu hərc mərclikdə Dövlət Əmlak Komitəsinində böyük rolu olduğunu xüsusi ilə qeyd etmək yerinə düşər.İndi keçək Sərdar bəyin yazdıqlarına:
…Və nə yazıq ki, bu proses günü-bu gün də davam etməkdədir. Hələ də atanlar rahatca atmağıında, satanlar qorxusuz-hürküsüz satmağıımdadı və dövlət adına saxtakarlıqlar tam vüsətlə davam edir. Sanki elə belə də olmalıymış kimi, atanlar da, satanlar da, saxtakarlar da, nəinki ifşa olunaraq məsuliyyətə cəl olunmaq bir yana qalsın, heç deyilsə, ictimai qınağa belə çəkilmir, hələ üstəlik də, biriləri “uğurlu iş adamı”, biriləri “el ağsaqqalı” qiyafəsində dolaşır, o biriləri də dövlət adından çeşidli təltiflərə layiq görülürlər…
Bu günlərdə, sırf bir təsadüf nəticəsində, sözügüdən sahədə baş vermiş və ölkənin tanınmış adamlarından birinin Qaradağ rayonu ərazisindəki 4 hekrarlıq torpaq sahəsinin, başqa biriləi tərəfindən zəbt olunduğunu və nə qəribə ki, torpaq sahəsinə aid onların da müvafiq sənədlərə sahib olduqlarını duydum. Açığı tanınmış şəxsin ictimai nüfuzuna və geniş əlaqələrini olduğuna bələd idim deyə, eşitdiklərimə inanmaq istəmədim. Zira adi insanların belə hallarla tez-tez qarşılaşdıqlarını hər kəs bilir və bu mənada, tanınmış bir şəxsə qarşı belə bir addımın atılması bir az qərib gəldi mənə. Elə bu səbəbdən də, sözügüdən şəxsin özü ilə görüşməyə və məsələyə aydınlıq gətirməyə qərar verdim və …

…Və nəhayət ki, dünən onunla əlaqə saxlayıb görüşmək, həmsöhbət olmaq imkanı buldum. Təbii ki, bəlli səbəblərdən adının çəkilməsinə razı olmadı əlbəttə, amma hələlik. Adam nəinki deyilənləri təsdiq etdi, hələ üstəlik, onu da bildirdi ki, bu günlərdə, özünü torpağa saxta sənəd düzəldən tərəfin nümayəndəsi kimi təqdim edən Babayev Avtandil Rəşid oğlu onlara, pul da təklif edib. Ancaq işin məhkəmədə olduğunu və dekabrın əvvəlində işə baxılacağıını bildirən həmsöhbətim, qarşı tərəfin bu təklifindən imtina etdiyini də dilə gətirərək, qeyd etdi ki, bu arada, Babayev Avtandil və onun dəstəsi tərəfindən həmin rayonda daha bir neçə nərəfin də torpaq sahələri eyni yolla ələ keçirilib. Ən azı 7 belə faktın artıq bəlli olduğunu da həmsöhbətimiz dilə gətirdi və həmin şəxslərdən birinin barəsində olduqca ilginc şeylər danışdı. Belə ki, torpağı ələ keçirilmiş şəxslərdən biri, vaxtilə, mərhum prezudent Heydər Əliyevin xanımı, hazırkı prezident İlham Əliyevin anası, rəhmətlik Zərifə Əliyevanın heykəli qoyulmuş ərazinin sahibi olub və əlbəttə ki, heykəl söhbəti ortalığa gələn kimi, ərazini boşadaraq, ordan çıxıb. Bur müddət sonra isə, şəxsən ptrzident İlham Əliyevin tapşırığı əsasında Qaradağ rayonu ərazisində ona torpaq sahəsi verilib. İndi isə bəlli olub ki, əldənzirək işbazlar həmin torpağı da ələ keçiriblər və bu haqda əllərində müvafiq sənədlər də var…

Məsələnin məhkəmədə ədalətli və qanunauyğun həllini tapacağına inandığını deyən həmsöhbətim, adının belə çirkin işlərdə hallanmasını istəmədiyini bir daha dilə gətirdi və bir məsələni də qeyd etdi ki, belə saxtakarlıqların necə baş verə bildiyini anlamaqda zorluq çəkir: “Babayev Avtandilin kim olduğunu bilməsəm də, onun özbaşına belə işlər görə biləcəyinə inanmaq çox çətindir. Mən indi deyə bilmərəm ki, Əmlak Komitəsinin rəhbərliyinin və şəxsən Kərəm Həsənovun bu məsələlərdən xəbəri var, ya yox. Ancaq bu adamlar da, tutaq ki, bağ evində oturub saxta sənədlər düzəldərək, müvafiq dövlət idarələrinin, eləcə də digər ilgili qurumların möhürü ilə möhürləyə biləcək qədər “qoçaq” deyillər. Bütün hallarda, hesab edirəm ki, məhkəmədə bu məsələlərə də aydınlıq gətiriləcək.”
Bu arada, həmsöhbətim bir maraqlı məsələdən də danışdı: “Təssəvür edə bilirsinizmi, Xətai rayonunun ərazisində yerləşən 100 kv.m.-lik zirzəminin sənədləri üzərindən Qaradağdakı 4 hektarlıq torpaq sahəsini necə özəlləşdirmək və bunu da qanuni sənəd halına gətirmək olar? O səbəbdən deyirəm ki, komitə rəhbərliyinin bu boyda saxtakarlıqdan xəbəri olmasını inandırıcı bulmuram. Yəni bu, insan ağlına yerləşəcək bir məsələ deyil və bütün mümkün fantaziyaların üzərində olan bir şeydir. Hər halda nəyin, niyə və necə baş verə bildiyi haqda məhkəmədən sonra daha müfəssəl və daha təfərrüatlı danışmaq imkanlarımız olacaq. Həm də indi ölkədə vəziyyət elədir ki, bu məsələnin böyük qalmaqal kimi gündəmə gəlməsini istəmirəm. Nə olursa olsun, məhkəmənin yekununu gözləmək lazımdıır. Sonrasına sonra qərar verərik.”
Beləcə, həmsöhbətimlə sağolaşıb ayrıldıq.
Teref.az olaraq Qaradağ rayonunda baş verən bu "quldur"-luqlardan görəsən ən azından Qaradağ rayon İcra Başçısı Süleyman Mikayılovun x\b\ri yoxdur? Axı biri 1 metr torpağın üstündə 1 daşş qoysa icra hakimiyyətinin qoçuları o dəqiqə adamın başınən üstünü alırlre.Burda isə adamalrın o böyda yerlərini qəsb ediblər. Özüdə bir nəfrin deyil, bir necə nəfəırin!
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

XƏBƏR LENTİ