Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıb

593 18-01-2019, 11:37 dunya

Rusiyada azərbaycanlı ər və arvadın meyitləri tapılıbRusiyanın Moskva vilayətinin Şaxovskaya rayonunda azərbaycanlı ər və arvad yaşadıqları evdə ölmüş halda tapılıblar.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, 1980-cı il təvəllüdlü Qurbanov Rasim Bəkir oğlu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qurbanova Lyudmila Səməd qızının rayon kənarıdna yaşadıqları həyət evlərində qonşuları tərəfindən ölmüş halda aşkarlanıblar.

Sağlam həyat tərzi keçirmiş və qəflətən evlərində ölü tapılan ər və arvadın meyitləri üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Ailənin 8 və 6 yaşlı iki oğlan övladı var.

XƏBƏR LENTİ