Təhsil Nazirliyində dəyişikliklər –SİYAHI

614 18-01-2019, 11:30 cemiyyet

Təhsil Nazirliyində dəyişikliklər –SİYAHITəhsil Nazirliyinin tabeliyindəki qurumlardan biri ləğv edilir, 6-sı isə birləşdirilir.

Bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə (NK) Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbir görülməsi tapşırığı verilib.

NK-ya Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının, eləcə də Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi ilə əlaqədar görülən işlərlə bağlı 1 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Təhsil Nazirliyinə isə ləğv olunan qurumlarda (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırığı verilib.

XƏBƏR LENTİ