Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…

820 18-01-2019, 13:20 cemiyyet / gundem

Bizneslə məşğul omayan xanım maliyyəçi 3 il müddətində necə milyoner oldu?
Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
Əslində Azərbaycanda varlanmaq və milyonçu olmaq üçün möcüzələrin baş verməsinə heç kim inanmır. Çünki bizim bu sevimli ölkəmizdə varlanmaq və bizneslə məşğul olmaq üçün ya karlı bir məmurun “adamı” ya da özün karlı məmur olmalısan. Başqa cür möcüzənin yaranması mümkün deyil. Ya da lotereya da olduğu kimi bəxtin gətirməli və sənə karyera üçün qapılar açılmalıdır. Aşağıda haqqında söhbət açacağımız məmur xanım da elə bəxti lotereyada gətirənlər katoqoriyasına aiddir.

Öncəliklə bir neçə ildə həddindən artıq varlanmağa nail olan xanım məmurun rəsmi bioqrafiyasını təqdim edirik:

Vəsilə Abulova – Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə rəisinin müavini. Vəsilə xanım eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.
Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olan Vəsilə Abulova Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə və Kredit fakültəsini bitirib. İş həyatına 2006-cı ildə “Azərinşaatservis” MMC-də İqtisadçı və Maliyyə mütəxəssisi kimi başlayıb. Daha sonra isə “Azelektromaş” MMC-də Baş Mühasib, 2014-cü ildə “Bakı Elektriktökmə” QSC-də Baş Mühasib, 2015-ci ildə isə “Nurgün” şirkətlər qrupunda Maliyyə müdiri vəzifəsində çalışmışdır.

2016-cı ildə “Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. 2016-cı ilin may ayından “Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən “ADY” QSC-nin Maliyyə rəisinin müavini vəzifəsində çalışır. Vəsilə Abulova eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidentidir.

Fikir verdinizsə, Vəsilə xanım əsasən mühasib və baş mühasib vəzifəsində çalışıb və AzToday.az-a daxil olan məlumata görə Vəsilə xanım 2016-cı ildə “Azərreyl” Voleybol Klubunda baş mühasib vəzifəsinə təyinat alana qədər Əhmədlidə “Xruşşovka”ların birində kirayə yaşayırmış. Lakin 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra Vəsilə Abulovanın karyerasında bir sıçrayış yaşanıb və o sürətlə varlanmağa başlayıb.
zToday.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan məlumatda bildirilir ki, Vəsilə Abulova qısa zaman kəsiyində həm karyerasında, həm də maddi durumunda çox böyük irəlilləyişlərə nail olub. Qəribədir ki, mənbəmizin iddiasına görə Vəsilə xanım cəmi iki ay ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də ciddi karyera inkişafına nail olmaqla yanaşı, Cavid Qurbanovla işçiləri “səddə” çevrilməyi bacarıb. Mənbəmiz iddia edir ki, 2016-cı ilədən başlayaraq Vəsilə xanımın başı üzərindən problemləri Cavid Qurbanova çatdıra bilməyib. Bu iddianı digər bir mənbə də təsdiqləyib.

Yazıda adı keçən şəxslərin və qurumun mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ