Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib

842 18-01-2019, 14:06 dunya

Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - YenilənibUzaq Şərqdə qəzaya uğramış “Su-34” təyyarələrinin katapult edən pilotları sağ tapılıb
Bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmin təyyarəçilərin sağlıq durumu qənaətbəxşdir.

Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini iddia edirlər.

Nazirlik isə bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.

* * *

Uzaq Şərqdə uçuş zamanı iki "Su-34" qırıcı təyyarəsi toqquşub.

Trend-in məlumatına görə, faktı regionun güc strukturları təsdiq edib.

Məlumata görə, dəniz istiqamətində uçan iki təyyarə havada toqquşub. Təyyarələrdən hər ikisinin ekipajı katapulta ola bilib.

Qırıcıların hansı şəraitdə toqquşması məlum deyil.