MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! - Rusiya XİN-dən hədələyici bəyanat

MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! - Rusiya XİN-dən hədələyici bəyanat Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ətrafında rəsmi Bakının izahat xarakterli bəyanatlarına sərt cavab verib. Və Azərbaycan tərəfini “diplomatik tondan kənara çıxmaqda” günahlandırıb.

Rusiya XİN-in bu gün yaydığı yazılı bəyanatda bildirilir: “Bakıdan verilən şərhlərin tonunun diplomatik etiket normalarından kənara çıxdığını qeyd etməliyik. Daha da böyük təəcüb yaradan budur ki, həmin şərhlərdə Azərbaycana gələn Rusiya vətəndaşlarına qarşı diskriminasiya mövzusunun ikitərəfli münasibətlərin dinamik inkişafı fonunda guya az əhəmiyyətli hadisə kimi “şişirdilməməsi” tələb olunur.

Belə yanaşma, əlbətdə ki, qəbuledilməzdir. Rusiya vətəndaşlarının qanuni maraqlarının və hüquqlarının müdafiə olunması bizim Rusiya Federasiyasının prezidentinin rəhbərliyi altında həyata keçirilən xarici siyasətimizin şəksiz prioritetlərindən biridir. Üstəlik bu və ya digər ölkə ilə dövlətlərarası dostluq münasibətlərinin mövcudluğuna adətən bu sahədə problemlərin konstruktiv həllinə imkan yaradan amil kimi baxılır.
MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! - Rusiya XİN-dən hədələyici bəyanat
İşə birbaşa dəxli olmayan ümumi mühakimələr əvəzinə rusiyalılarla bağlı hər bir insidentə dair detallı izahat eşitmək istərdik. Azərbaycan XİN-in terminologiyası ilə desək bu” ayrı-ayrı hallar”ın arasında olduqca heyrətamiz olanları da var. 2018-ci ilin mayında Böyük Vətən müharibəsinin veteranının, blokadada olmuş Leninqradın 80 yaşlı sakininin Azərbaycana buraxılmaması və 2017-ci ilin fevralında dörd yaşlı oğlu ilə birlikdə aeroportda xüsusi saxlanma məntəqəsində saxlanılan qadın kimi.

Habelə biz diplomatik kanallarla Azərbaycan tərəfinin Rusiya vətəndaşları üçün Azərbaycana səfərlərini əvvəlcədən Moskvadakı səfirliklə razılaşdırmalı olduqları haqda eyhamla bağlı rəsmi izahat verilməsini gözləyirik. Çünki bu tələb vizasız gediş-gəliş haqda Rusiya ilə Azərbaycan arasında 1997-ci il 3 iyul tarixli Razılaşmanın pozulması olardı. Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik”.

Göründüyü kimi Rusiya XİN-in bu bəyanatı da kobud üslub daşıyır və Azərbaycan tərəfinin məsələ ilə bağlı verdiyi ətraflı izahatlara məhəl qoymur. Azərbaycan tərəfi həm XİN, həm Moskvadakı səfir Polad Bülbüloğlunun qismində bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmadığı bir şəraitdə milliyətcə erməni olan və ya erməni soyadı daşıyan xarici vətəndaşların, o cümlədən Rusiya vətəndaşlarının Azərbaycana səfərləri təhlükəsizlik baxımından riskli ola bilər. Rəsmi Bakı da ayrı-ayrı Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması halları zamanı məhz bu riski nəzərə alır və həmin şəxslərin özlərinin təhlükəsizliyini nəzərə alaraq qərar verir. Yəni Azərbaycan tərəfi milliyətcə erməni olanların ölkəyə gəlişinə qarşı deyil, sadəcə olaraq bu cür səfərlərin təhlükəsizliyinin təmin edilməsi üçün əvvəlcədən tədbirlər görülməlidir(virtualaz.org).

Rusiya XİN isə israr və tələb edir ki, Azərbaycan tərəfi heç bir əlavə sual vermədən milliyətcə erməni olan rusiyalıları ölkəyə buraxmağa borcludur. Hətta “Azərbaycan tərəfinin məzmunlu reaksiyasından asılı olaraq biz sonrakı addımlarımızı müəyyən edəcəyik” deyə ermənilərə görə rəsmi Bakını hədələməkdən belə çəkinmir. Bu hədələrə Azərbaycan XİN-in cavabı necə olacaq?

MOSKVA ERMƏNİLƏRİN BAKIYA BURAXILMASINDA İSRAR EDİR! - Rusiya XİN-dən hədələyici bəyanat

  • 18-01-2019, 15:47
  • 122


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI