Ədliyyə Nazirliyində kütləvi ixtisar olacaq - Səadət Sarayı da bağlanır…

Ədliyyə Nazirliyində kütləvi ixtisar olacaq - Səadət Sarayı da bağlanır…Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ləğv olunacaq, Səadət Sarayı (Bakı nikah evi) də fəaliyyətini dayandıracaq. BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əiyevin yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğum, ölüm, – nikah, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi və adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

İndiyə qədər bu xidmətlər Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində həyata keçirilib.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, ümumi say həddi daxilində işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Eyni zamanda nazirlik həmin işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görməli və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, Ədliyyə Nazirliynin saytında 75 rayon (şəhər) qeydiyyat şöbəsinin adı var.

Ədliyyə Nazirliyində kütləvi ixtisar olacaq - Səadət Sarayı da bağlanır…

  • 19-01-2019, 11:04
  • 151


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI