“Sən insandan əmələ gəlməmisən”: 13 yaşlı qızı məktəbdə necə təhqir edib xəstəyə çeviriblər -VİDEO

“Sən insandan əmələ gəlməmisən”: 13 yaşlı qızı məktəbdə necə təhqir edib xəstəyə çeviriblər -VİDEOAğdam təhsili qərəz meydanına çevrilib. Təhsil şöbəsi müdri Mətanət Misirxanova kimdən xoşu gəlmirsə onları şərləməklə, hədə -qorxu gəlməklə və başqa yuxarı orqanlara yalnış məlumat verməklə işdən azad edirlər. Ağdam təhsilində vəziyyət o həddə çatıb ki, bir müdət əvvəl övladının təhsilini tələb edən məktəb müəllimi on günlük həbsə atılmışdı.
Məktəb direktoru olmaq üstə gedən oyunlarda isə əməlli-başlı qurbanlar var.
Elə məktəb var ki, az müddət ərzində beş dəfə direktor təyinatı olub. Onların hər biri həmin məktəblərdə bir ay işləmiş və xaric olunmuşdur. Ağdamın hazırda otuza yaxın məktəbində direktorlar həvalə olunma qaydaları ilə işləyir. Təbii ki bu kimi hallar düşmənlə təmas xəttində yerləşən bir rayon təhsilinin vəziyyətini bir az da çətinləşdirir.
Dəfələrlə Təhsil Nazirliyinə Ağdam ziyalıları adından vurulan teleqramm və məktublara hansısa səbəbdən laqeyd münasibət bəslənərək heç bir tədbir görülmür. XXI əsrdə Ağdamda “papka” deyilən məktəblər hələ də fəaliyyət göstərir.
Dediyimiz kimi direktor kreslosu uğrunda “müharibələrdə” qurbanlar təkcə direktor.müavin yaxud müəllim heyəti olmur. Bəzən intriqalarda məktəblilər və onların valideynləri qurbana çevrilir.
Ağdam 71 saylı məktəbdə baş verən olaylar haqda bir müeddət əvvəl yazmışdıq.
Olanları bir daha xatırladırıq.
Musayevlər ailəsindən Bakunews.az- bildirilən məlumata görə, övladları Vəciyyə Musayevaya qarşı 71 saylı məktəbdə qəbul edilməz psixoloji təzyiqlər edilib.
Vəciyyə Musayevanın anası qeyd edir ki, övladı 24.10.2018-ci il tarixində məktəbdə nəzarətsiz qalaraq xəsarət almışdır. Bunun səbəbkarları isə direktor müavini Könül Əliyeva və nəzarətçi olaraq təyin edilən 4 şəxsdir. Qızı V.Musayevanın xəsarət almasından dərhal sonra xəstəxanaya müraciət ediblər. Hadisənin məktəbdə baş verməsi həkimlər tərəfindən nəzərə alınaraq polisə də müraciət edilib.
Əvvəlcə valideynlərə xəbər çatıb ki, uşağın gözünə top dəyib. Məktəbə gələndə məlum olub ki, uşaqlardan birinin atdığı marker Vəciyyənin göz nahiyyəsinə dəyərək ağır xəsarət yetirib. Sinif rəhbəri Vəciyyəyə deyib ki, evə xəbər etmə, top dəydiyini de.
Sinif rəhbərindən fərqli olaraq məktəbin direktoru Nailə Rüstəmova Vəciyyəyə şəxsən kömək edib, yardım göstərib. Valideynlərinə isə gizlətmədən deyib ki, uşaqlar bir-birinə marker atıb və təsadüfən Vəciyyənin gözünə dəyib.
Valideynlər ötən ilin oktyabrının sonunda olan bu hadisədən sonra qızlarını müalicə etdiriblər. Zərifə Əliyeva adına Göz Xəstəlikləri Institundan belə müayinələr olub. Deyilib ki, uşağın gözü güclü xəsarət alıb. 30 faiz görmə var. Müalicə ilə sağala bilər. Ancaq uşaq gərək həyacan və stres keçirməsin. Onunla çox yumşaq rəftar edilsin.
Valideynlər bu zədəyə görə heç kimdən şikayətçi olmayıblar. Yalnız müəllimlərdən xahiş ediblər ki, Vəciyyə ilə sərt rəftar olmasın. Sağalması üçün stres vəziyyətlərə düşməsin.
Ancaq əksinə olub.

Məktəbdə direktoru müvəqqəti əvəz edən K.Əliyeva və onun diqtəsi ilə hərəkət edən 8 -ci sinifin, sinif rəhbəri Arzu müəllimə Vəciyyəyə qarşı psixoloji və əxlaqa sığmayan tərzlər nümayiş sərgiləyiblər.
13 yaşlı qızı sinif yoldaşlarının yanında xəbərçi adlandıran müəllimə onu necə psixoloji travmaya məruz qoyduğunun fərqində olmayıb. Yaxud bilərəkdən edib.
“Sən insandan əmələ gəlməmisən” və bu kimi təhqirlərdən sonra 13 yaşlı qızda ürəkgetmə və qıc olma vəziyyətləri yaranıb.
Məktəbli qız qıc olarkən həkim belə çağırılmayıb. Təzyiqlər o həddə çatıb ki, Vəciyyədə ürəkgetmə halları intensivəşib. Özü də evdə olanda yox, məhz məktəbdə.
Artıq iş o yerə çatıb ki, valideynləri onu məktəbə buraxmır. Məktəbə gedən kimi bir müəllim səsini yazır, biri təhqir edir, biri xəstə deyir. Bu Azərbaycan təhsili adına biabırçılıqlar davam edir.
Həm Vəciyyə, həm anasının redaksiyamıza verdiyi videoaçıqlamaları izlədikcə dəhşətə gələcəksiniz.
Ancaq bir nüans var. Niyə direktor əvəzi və müəllimlər məktəbli qızı incidir, bilərəkdən məktəbin adınıın qalmaqallarda çəkilməsini istəyirlər.
71 saylı məktəbdəki bu və diğər olaylar haqda artıq bütün respublika xəbərdardır. Məsələ ondadır ki, 71 saylı məktəb Ağdamda deyil, Nəsimi rayonunda yerləşir.
Məktəbin direktoru Nailə Rüstəmova əməliyyat keçirib, 3 aydır ki, səhhəti ilə bağlı məzuniyyətdədir. Onu əvəz edən Könül Əliyeva direktor kürsüsünə tam sahiblənmək üçün məhz belə bir vəziyyət yaradıb.
Yəni səbəbsiz heç nə olmur. Ağdam TƏHSİL Şöbəsindəki Şakir müəllim nə boyda fiqurdur ki, Könül xanımı belə bir oyun başlamağa cürət edib.
Hesab edirik ki, məsələyə Təhsil Nazirliyi az zamanda müdaxilə etməlidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI"nın prinsipləri məktəb daxilində həm Könül Əliyeva, həmçinin sinif rəhbəri və digər təlim tərbiyə işləri üzrə müavin Fəzilə xanım tərəfindən kobud şəkildə pozulub. Məktəblinin səhhətinin pozulmasına səbəb olan hərəkətlər hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmalıdır.
Məsələyə qayıdacağıq.

Xeberdar.net olaraq yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq

Xeberdar.net

“Sən insandan əmələ gəlməmisən”: 13 yaşlı qızı məktəbdə necə təhqir edib xəstəyə çeviriblər -VİDEO

  • 19-01-2019, 14:56
  • 216


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI