Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradıldı

948 2-02-2019, 12:45 siyaset / gundem

Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradıldı



Xeberdar.net məlumat verir ki, Ümid Partiyasının sədri İqbal Ağazadənin təşəbbüsü ilə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradılıb. Petisiyada deyilir:

“Bu il - 2019-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi qeyd olunacaq. Azərbaycan Xalq Cumhuriyyətinin və şəxsən Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətlərindən biri də bu təhsil ocağını yaratmasıdır. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi, Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi şərəfinə onun adının yaradıcısı olduğu universitetə verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət kampaniyasını həyata keçirək.
This year - in 2019 Baku State University will celebrate 100th anniversary of establishment.

The establishment of Baku State University is one of the greatest achievements and unique services of Azerbaijan Democratic Republic and personally of M.A.Rasulzadeh. Since 2019 year is also 135th anniversary of M.A.Rasulzade we are going to submit a beginning of campaign for naming Baku State University after M.A.Resulzadeh to president of Azerbaijan Republic Mr. Ilham Aliyev.”

Qeyd edək ki,Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu – Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur.

Petisiya aşağıdakı linkdə


Prtisiya


XƏBƏR LENTİ