Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildi

682 2-02-2019, 13:09 kriminal

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirildiRusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

“Report”un Moskva bürosunun məlumatına görə, azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.

Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.

İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ