PKK-nın vəzifəli şəxsi saxlanıldı

536 2-02-2019, 14:40 dunya

PKK-nın vəzifəli şəxsi saxlanıldıPKK-nın yüksək vəzifəli üzvlərindən Davud Bagestani saxlanılıb.Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun üç nəfərlə birlikdə Adana şəhərində polis tərəfindən saxlanıldığı bildirilir.
Bagestaninin saxlanıldığı yerdə ona aid 6 mobil telefon və elektron avadanlıqlar aşkarlanaraq götürülüb.
Qeyd edək ki, D.Bagestaninin Adana və Mərsin şəhərlərində “Canbulut Turgay” adlı saxta adla təşkilat üçün işlədiyi bildirilir.
O həmçinin İsrail-Kürd İnstitutunun rəhbəridir. İsraildə nəşr etdiyi jurnallarda təşkilatın təbliğatını aparıb.
Hazırda D.Bagestani və onunla birlikdə saxlanılan üç nəfər ifadə verirlər.

XƏBƏR LENTİ