2 fevral gənclər günün bizə Ulu Öndər Heydər Əliyev bəxs etdi

2 fevral gənclər günün bizə Ulu Öndər Heydər Əliyev bəxs etdi
YAP-nın Gənclər təşkilatının aktiv üzvü, İsrail-Azərbaycan dostlüq cəmiyyətinin üzvü, hüquq eksperti İsmayil Zalov 2 fevral gənclər günü tədbirində cıxış edərək bildirmişdir: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Bugünki Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.
Məhz onun uzaq görən siyasəti nəticəsində, biz gənclər xaricdə təhsil aldıq. Əvvəllər xarici neft sirkətləri və xarici təşkilatlar özləri ilə mütəxəssis gətirməli olurdularsa, indi Ulu Öndər Heydər Əliyev uzaq görən siyasəti nəticəsində Beynəlxalq təcrübəyə, qərb təhsilinə malik azərbaycanlı gənclər is başındadırlar.
Bu tək neft sektorunda deyil bütün iqtisadi sahələrdə gənc ,savadlı kadırlar vəzifədədirlər.
Dünenin gəncləri ,Zahid Oruc , Səyavus Novruzov, Fazil Qəzənfəroğlu, Rövnəq Abdullayev,Şahmar Mövsümov , Qüdrət Həsənquliyevlər bu gün estafedi bizə verməlidirlər ki, bizdə Ulu Öndər Heydər Əliyev layiqli davamcisi olan cənab İlham Əliyevlə birlikdə daha böyük uğurlara imza ataq.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
2 fevral gənclər günün bizə Ulu Öndər Heydər Əliyev bəxs etdi
Prezident 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
2 fevral gənclər günün bizə Ulu Öndər Heydər Əliyev bəxs etdi
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədini qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.
Bu cür qayğı və diqqətin nəticəsidir ki, gənclərin milli ruhu ölmür. Azərbaycanımızın bütün dünya gənclərinə nümunə olan Mübariz İbrahimovu, Fərid Əhmədov, Çingiz Qurbanov kimi canlarını vətən yolunda fəda edən şəhidləri, gənclərdir. Gənclər, Prezident Cənab İlham Əliyevin, lazım gələrsə verəcəyi bütün qətiyyətli əmirləri yerinə yetirməyə hazırdırlar.
Bu gün deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar. Əziz gənclər bayramınız mübarək!”

2 fevral gənclər günün bizə Ulu Öndər Heydər Əliyev bəxs etdi

  • 2-02-2019, 17:04
  • 171


Oxşar mövzular
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI