Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı Komissiya yaradıldı

Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı Komissiya yaradıldıFevralin 23-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Cəmiyyətin fəallarının və ziyalıların nümayəndələrinin də iştirak etdiyi iclasda qaçqınların sosial problemləri hərtərəfli müzakirə edilib. Son zamanlar Bakı şəhərindən və bölgələrdən Cəmiyyətə daxil olan müraciətlərin çoxalması müvafiq dövlət qurumlarının qaçqınların problemlərinə illərdən bəri laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilib.

Qurumdan Moderator.az-a bildirilib ki, Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndirən çıxışçılar məcburi köçkünlərlə eyni faciəli taleyi yaşayan Qərbi Azərbaycan qaçqınlarının bu qayğıdan tamamilə məhrum olduğunu böyük təəssüflə qeyd ediblər. Yaranmış vəziyyətin arzuolunmaz həddə çatdığını vurğulayan tədbir iştirakçıları qaçqınların sosial problemlərinin monitorinqini keçirmək məqsədilə konkret addımlar atılmasının zəruriliyi qərarına gəliblər.

Tədbirin sonunda qaçqınların problemlərini araşdırmaq məqsədilə doqquz nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın tərkibinə AQC rəhbərliyi, qaçqınların nümayəndələri və ziyalılar daxil edilib. Komissiyaya qaçqınların problemlərinin real vəziyyəti ilə bağlı geniş hesabat hazırlamaq tapşırılıb. İlk addım olaraq Komissiya Qərbi Azərbaycan qaçqınlarına müraciət qəbul edib.

Xeberdar.net

Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə bağlı Komissiya yaradıldı

  • 4-02-2019, 10:43
  • 152


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  3. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şamaxıda yeni kadr dəyişikliyi olub
  10. Şənbə günü üçün hava proqnozu açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI