“Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir” – İcra Hakimiyyəti

558 4-02-2019, 12:30 cemiyyet

“Bərdədə tapılan azyaşlıların qeydiyyat yeri bilinmir” – İcra HakimiyyətiBərdədə küçədə tapılan iki azyaşlı ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-ə açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əlizamin İsayev deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarla bağlı araşdırma aparılır: “Hələlik araşdırma aparılır ki, uşaqlar və valideynləri hansı rayonda qeydiyyatdadır. Hələ bu məlumatlar tam dəqiqləşməyib. Rəsmi dəqiqləşdirilmə aparılandan sonra aidiyyəti qurumlara məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 3-də gecə saatlarında Bərdə rayonunda şadlıq evlərindən birinin qarşısında hər ikisi azyaşlı olan bir qız və bir oğlan uşağı aşkar edilib. Azyaşlılar təcili yardımla xəstəxanaya çatdırılıblar.

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Trend-ə bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var.

Faktla bağlı polis araşdırmalara başlayıb.

XƏBƏR LENTİ